• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda qardaş Türkiyə xalqına yardım kampaniyası davam edir

  • 10.02.2023, 11:40, Baxış sayı:
  • 184
Sabirabad rayonunda qardaş Türkiyə xalqına yardım kampaniyası davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyasına başlanılmışdır. Hazırda zəlzələdən zərər çəkənlər üçün təşkil edilən yardım aksiyasına qoşulan təşkilatların və vətəndaşların sayı durmadan artır. Sabirabad Rayon İcra Hakimyyəti də yardım kampaniyasına qoşulub.
Bildiririk ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Sabirabad rayon sakinlərini də dərindən sarsıdıb və onlar da qardaş Türkiyənin dərdinə şərikdirlər.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən həm uşaqlar, həm də böyüklər üçün isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar, gigiyenik vasitələr, qida məhsulları, xüsusilə quru qidalar təhvil verilib. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birini dəstəkləyir.
Eyni zamanda Sabirabad sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və bacılarımıza kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım toplama məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında ictimaiyyətin nümayəndələri, fəal gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Sabirabad rayon sakinləri qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter