• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımız çətin gündə qardaş Türkiyənin yanındadır

  • 13.02.2023, 00:25, Baxış sayı:
  • 139
Xalqımız çətin gündə qardaş Türkiyənin yanındadır
Türkiyə-Azərbaycan əlaqələrini bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar. Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən «Bir millət, iki dövlət» milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Hər zaman bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da çox böyük kədərlə qarşılandı. Qardaş ölkənin səsinə ilk səs verən məhz ölkəmiz oldu. Həmin gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Zəlzələ baş verdiyi gün FHN-in 1000 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Dövlətlə yanaşı xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşularaq vəfa borclarını yerinə yetirirlər. Prezidentin tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım həyata keçirilir. Bu günə qədər təyyarələr və avtomobil karvanı göndərilib. Təbii ki, bunlar son deyil, yardım davam edir. Dövlət başçımızın tapşırığına əsasən Türkiyədə baş verən faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım həyata keçirilir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu günə qədər təyyarələr və avtomobil karvanları göndərilib, yardımlar bu gün də davam edir. Bu gün tək Azərbaycandan deyil, eləcə də, dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımız da qardaşlarımıza dəstək olmaq üçün əlindən gələni edirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib və yardımların göstərilməsi davam edir.
Qeyd edirik ki, Türkiyədə baş verən zəlzələ nəticəsində tələfatın və xəsarət alanların olması ölkəmizin hər yerində hər yaşayış məntəqəsində olduğu kimi, Sabirabad sakinlərini də dərindən sarsıdıb. Sabirabad Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım aksiyasına qoşulub. RİH-in xətti ilə isti geyimlər, ərzaq məhsulları, gigiyenik vasitələr tədarük edilib.
Dünyanı sınağa çəkən fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən Müharibəsi iştirakçısı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter