Azərbaycan daima qardaş dövlətin yanında olacaq
- 12.02.2023, 22:20, Baxış sayı:
- 219
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ baş verən günü Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb, öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib: "Həmin gün həmçinin, cənab Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb və bildirib ki, bu böyük fəlakət qarşısnda Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Azərbaycan zəlzələdən sonra ilk dəqiqələrdən öz yardımlarını göndərməyə başlayıb. Preizdent Əliyevin səfirlikdə görüş zamanı söylədiyi fikirlər qardaş ölkədə də əks-səda doğurub: “Prezidentin çıxışı təsirli idi. O, bildirdi ki, “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.
Azərbaycan cəmiyyətinin ən müxtəlif kəsimləri qardaş ölkəyə yardım kampaniyasında iştirak edirlər: “Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük yardım kampaniyası başlayıb. Həmçinin, Sabirabad sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və bacılarımıza kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım toplama məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında ictimaiyyətin nümayəndələri, fəal gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə tarixin acı sınağından keçir. İnanıram ki, Türkiyə dövləti bu imtahandan güclənərək çıxacaq, yaralarını sarıyacaq. Bütün bu işlərdə Azərbaycan qardaş dövlətin yanında olacaq”.
Murad Cuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi