Sabirabad rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib
- 20.01.2023, 14:31, Baxış sayı:
- 216
Facebook
Вконтакте
Одноклассники
Google+
20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rayon içtimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Şəhidlər xiyabanı”nın qarşısında mərasim keçirilmişdir. Tədbiri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açmış, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirmişdir. Natiq bildirmişdir ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü Vətənin və Xalqın ömrü qədərdir. Odur ki, biz qürurluyuq ki, şəhidlərimiz Vətənimizin azadlığı uğrunda canlarını fəda etmişlər.
Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.
RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.