• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Uşaqlarda kəskin respirator virus xəstəlikləri və onun fəsadları

  • 17.01.2023, 17:30, Baxış sayı:
  • 273
Uşaqlarda kəskin respirator virus xəstəlikləri və onun fəsadları
Son günlər xüsusən uşaqlar arasında yuxarı tənəffüs yollarının virus mənbəli xəstəlikləri geniş yayılmışdır. Sabirabad Mərkəzi Payon Xəstəxanasının Pediatrik şöbəsinin müdiri Mirabbas Səmidov əməkdaşımızla bu mövzuda söhbət edərkən demişdir:
-Xəstəlik hava-damcı yolu ilə keçir, yüksək temperatur, öskürək, boğaz ağrıları, bəzən qusma və ishalla müşahidə olunur. Ona görə ilk növbədə xəstə uşağı başqalarından imkan qədər izolyasiya etmək, ayırmaq lazımdır. Otağın havası tez-tez dəyişilməlidir.
Uşağın temperaturuna nəzarət olunmalıdır. Temperatur yüksək olduqda uşağı soyundurmaq, bədəni yaş dəsmalla silmək, qızdırmasalıcı vasitələrdən istifadə etmək lazımdır. Uşağa çox maye verilməlidir. Əgər yüksək bədən hərarəti davamlı şəkildə olarsa, xəstəlik ağırlaşdırıcı fəsadlar verərsə, antibiotiklər, damar daxilinə dərmanlardan istifadə olunmalıdır. Bunun üçün yalnız həkimə müraciət etmək lazımdır..
Xəstəliyin fəsadlarından biri pnevmoniyadır. Uşaqlarda pnevmoniya hallarının əksəriyyəti qrip və adenovirus, rinovirus, respirator sinsitial virus və paraqrip virusu kimi digər tənəffüs yolu infeksiyalarına səbəb olan ümumi viruslar tərəfindən törədilir.
Uşaqlarda pnevmoniya vəziyyətində qızdırma, halsızlıq, öskürək, tez-tez nəfəs alma, ürək döyünməsi, qusma, qarın ağrısı və yan ağrısının da ola biləcər. Körpə və kiçik uşaqların sinəsində və qarınında tez-tez enib çıxmalar, inləmə, pişik mırıltısı kimi bir səs eşidilə, burun qanadlarının hərəkət edə, böyük uşaqlarda isə ciddi sinə ağrısı, yan tərəflərində ağrı, qızdırma və nəfəs aldıqda batma və öskürək kimi əlamətlər görülə bilər.
Boğaz ağrısının şiddətlənməsi və uzun davam etməsi, öskürəklə tünd bəlğəm gəlməsi və ya öksürəyin 10 gündən çox davam etməsi, 38° C və artıq olması bir neçə gündən çox qızdırma olması, sinə ağrısı, tez nəfəs alma, udma çətinliyi, maye qida ala bilməməsi, qulaq ağrısı, mürgüləmə halı, boyunda ağrılı şişliklər, dodaq, dəri və ya dırnaqlarından göyərmə əlamətlərindən hər hansı birinin görülməsi halında ən yaxın sağlamlıq mərkəzinə müraciət etmək lazımdır.
Bu əlamətlərə diqqət!
2 ay və 12 ay arası körpələrdə tənəffüs sürəti dəqiqədə 50 və artıqdırsa, 1-5 yaş arası uşaqlarda tənəffüs sürəti dəqiqədə 40 və artıqdısa təhlükə işarəsidir. Tənəffüs zamanı sinəsindən xırıltılı səslər gəlməsi, maye qidaları içə bilməməsi, ümumi vəziyyətində pisləşmə, anormal yuxu və oyana bilməmə halı, dodaq ətrafının göy rəng alması kimi vəziyyətlərdə uşağınızı dərhal bir sağlamlıq mərkəzinə aparmalısınız. Sıxlıq mühitlər yoluxmağa yol açır! Uşaqları tənəffüs yolu infeksiyalarından qorumaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə, xəstə kəslərlə təmasın qarşısının alınmasıdır, bu məqsədlə bağlı və sıxlıq mühitlərə az girilməlidir.
Uşaqlarınızı müxtəlif yoluxucu xəstəliklərdən qorumaq üçün həkimlərin tövsiyə etdiyi proflaktik peyvəndləri vaxtında etdirmək lazımdır.
“Muğanın səsi”
  • Troy
  • 26-02-2023, 20:21
  • : 20:21
    • Нравится
    • 0
free single dating online for online chatting with singles free
dating websites singles best online dating
[reply]ответить[/reply]
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter