• 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 
  • 12:28 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Türkədi kəndində vətəndaşları qəbul edib 
  • 14:15 – Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir 

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

  • 28.12.2021, 18:43, Baxış sayı:
  • 182
Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA
Rəsmi rəqəmlərdə koronavirusa yoluxma sayında azalma müşahidə edilir. Amma ətrafımızda olan uşaqdan - böyüyə, bir çoxunda yenidən koronavirus əlamətinə şahid oluruq. Yüksək temperatur, öskürək, halsızlıqdan şikayət edənlər koronavirusa, yoxsa mövsümi qripə yoluxub?
________________________________________
Virusa yoluxan şəxs niyə test verməkdən imtina edir?
Modern.az-ın suallarına cavab verən həkim-infeksionist İlahə Vəliyeva bildirib ki, bu əlamətləri olan şəxs test versə belə, cavab neqativ olacaq.
Onun sözlərinə görə, əvvəllər belə olanda cavab pozitiv çıxırdı:
“Səbəb isə “Delta” və “Delta plus” ştammının reaktivinin olmamasıdır. Yeni ştammın reaktivi olmadığına görə verilən bütün testlərin cavabı neqativ olacaq. Əgər reaktivi olsaydı, test verən şəxs doğru cavabı əldə edə bilərdi. Koronavirisun mutasiyaya uğrayan hər yeni növünün özünün reaktivi olmalıdır. İnkişaf etmiş ölkələrin çoxunda yeni variantın özünün reaktivi olduğuna görə onlarda statistika dəqiq qeydə alınır. Yeni ştammın reaktivi nəinki Azərbaycanda, MDB ölkələrinin çoxunda yoxdur”.
Həkim-infeksionist qeyd edib ki, hazırda aparılan testlər koronavirusun mutasiyadan öncəki formasının reaktividir:
“Gələn xəstələrin 80 faizi boğaz ağrısı, qızdırma, öskürəklə, “Delta” və “Delta plus” ştammının əlamətləri ilə müraciət edirlər. Hazırda bu cür əlamətlərlə müraciət edən xəstələri qripin əlaməti kimi müalicə edirik. Çünki tipik qripə bənzəyir. Boğaz ağrısı, qızdırma, çox vaxt öskürək ciyərlərə keçmir, quru olur. Bu müalicələrin də effektini görürük”.
İ.Vəliyeva açıqlamasında bildirib ki, son bir ayda məktəb və bağça yaşlı uşaqlar arasında yayılan virusun “Delta plus” ştammı olduğu hesab edilir:
“Uşaqlarda da bunu qripin bir forması kimi müalicə edirik. Reaktivi olmadığı üçün biz ona COVID-19-un bir forması kimi diaqnoz qoya bilmirik”.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter