Məşhur həkim “buzlu şüşə” haqqında bilinməyənləri açdı
- 27.12.2020, 12:35, Baxış sayı:
- 565
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev koronavirusun səbəb olduğu “buzlu şüşə”, “buzlaşma”, “kristallaşma”, “buz kristalları” sözlərinə aydınlıq gətirib.
“Muganinsesi.az” Publika.az-a istinadla xəbər verir ki, ekspert bu sözlərin hamısının xəstəlikdə istifadə olunmasının yanlış olduğunu qeyd edib. Həkim bildirib ki, KT müayinəsində aşkar edilən dəyişikliyin adı “buzlu şüşə mənzərəsi”dir:
“Bu, buzlaşma, kristallaşma, buz kristalları deyil! Bu, görüntüdür, əlamətdir və COVID-19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir. KT və rentgen müayinəsində istifadə edilən x-şüaları (Rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu, şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir. Bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan koronavirus xəstəliyində (əgər virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçirsə) bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə, yəni şüaların keçməsinə çox maneə yaratmırsa, rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər. Ağciyərlərdəki havalılığın azalması 20%-dən çox olmalıdır ki, rentgen müayinəsində aşkar edilə bilsin. KT müayinəsində isə həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir.