• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub

  • 17.11.2022, 20:49, Baxış sayı:
  • 291
Azərbaycan-Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub
Albaniya ilə və ümumiyyətlə, Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir.
Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Belə ki, rəsmi Tirana Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Ölkələrimiz arasında siyasi dialoq da yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünə dəstək verib və bu dəstəyini İkinci Qarabağ müharibəsində də açıq şəkildə bəyan edib. İqtisadi sahədə də Azərbaycan-Albaniya münasibətləri artan templə inkişaf edir. İqtisadi əlaqələrimizin əsas istiqaməti təbii olaraq enerji sahəsi ilə bağlıdır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya həm də TAP vasitəsilə Cənub Qaz Dəhlizinin də iştirakçısıdır. Bu məqamda qeyd etmək yerinə düşər ki, dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Bu məqam digər Avropa ölkələri kimi Albaniyanı da Azərbaycanla əlaqələrin inişafında maraqlı mövqeyə gətirib.
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal strateji tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində sürətlə irəliləməkdə davam edir.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Azərbaycanın bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı tərəfdaş imici qazanması, balanslaşdırılmış siyasət aparması da ölkəmizi həm Albaniya, həm də digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün cəlbedici edir.
Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı və NATO -ya üzv ölkədir. Həmçinin 2014-cü ildən etibarən Avropa İttifaqı üzvlüyünə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.
Bu baxımdan İlham Əliyevin Albaniya səfəri Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də bir NATO ölkəsi olaraq Albaniyanın NATO-Azərbaycan əlaqələrinin inkişafına öz töhfəsini verə bilməsi baxımından da bu səfər əhəmiyyətli hesab oluna bilər.

Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter