• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Unudulan tarix - silinən yaddaş

  • 20.10.2022, 17:09, Baxış sayı:
  • 292
Unudulan tarix - silinən yaddaş
Sabirabad rayonunun Güdəcühür kəndindəki Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirə abidə - kompleksi baxımsızlıq və diqqətsizlik ucbatından uçub dağılmış, yararsız vəziyyətə düşmüşdür.
Güdəcühür kəndində şosse yolunun kənarında Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilən abidə - kompleksi olduqca acınacaqlı vəziyyətdədir. Bizim keçmişimizi, tariximizi əks etdirən bu abidə elə vəziyyətdə saxlanılır ki, onu seyr etməyə gələn hər bir sakin ürək ağrısı ilə gəldiyinə peşman olur.
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı döyüşlərdə Azərbaycan övladları əsl əzmkarlıq və şücaət nümayiş etdiriblər. Faşizm üzərində qələbənin əldə olunmasında rolu olan həmvətənlərimizin əziz xatirəsi ölkəmizin hər yerində, o cümlədən Sabirabadda da əbədiləşdirilib. Ancaq buna baxmayaraq qəhrəmanların şərəfinə salınan abidə komplekslərinin çoxu artıq sıradan çıxıb. Güdəcühür kəndindəki Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə 1978-ci ildə salınan abidə kompleksi yeganə “sağ qalan”, indi isə xarabalığı xatırladan bir məkandır. Kənd sakinləri tariximizi özündə əks etdirən bu məkanın tarixə qovuşmasını istəmir. Ərazidə abadlıq işlərinə başlanacağı təqdirdə bu işə özlərinin də qoşulacağını deyirlər. Ən azından Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ruhuna hörmət əlaməti olaraq.
Mövcud vəziyyət aidiyyətı qurumları ciddi narahat etməlidir.
Ümid edirik ki, tariximizin qan yaddaşı və qəhrəmanlıq salnaməsini əbədiləşdirən kompleksin bərpası üçün bütün zəruri tədbirlər görüləcək.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”

Unudulan tarix - silinən yaddaş
Unudulan tarix - silinən yaddaş
Unudulan tarix - silinən yaddaş
Unudulan tarix - silinən yaddaş
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter