• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yenikənddə Şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

  • 10.12.2021, 21:38, Baxış sayı:
  • 295
Yenikənddə Şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub
Sabirabad rayonunun Yenikənd kəndində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayonundan seçilmiş Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən Məleykə Həsənova, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri və məktəblilər iştirak edib. Abidənin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən sabirabadlı döyüşçülərin Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vurğulanıb ki, məhz onların döyüş əzmi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin rəsmi vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.
Mərasimdə abidə kompleksinin önünə gül dəstələri düzülüb, torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərin xatirəsi ehtiramla anılıb.
A. HƏSƏNOV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter