• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Dəyişən zaman, dəyişən şagirdlər” layihəsi mövzusunda seminar

  • 20.10.2022, 16:36, Baxış sayı:
  • 244
“Dəyişən zaman, dəyişən  şagirdlər” layihəsi mövzusunda seminar
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olan layihənin (“Dəyişən zaman, dəyişən şagirdlər”) seminarı təşkil edilmişdir. Seminarda layihə rəhbəri-Sabirabad şəhər N.Nərimanov adına 2 nömrəli beynəlmiləl Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi, İTE əlavə təhsil mərkəzinin təlimçisi, mentoru Sevinc Məhərrəmova, Sabirabad rayon Təhsil sektorunun metodisti Mansur Kərimov, təlimçi Səmra Bağıyeva, ekspert Rüfanə Mirzəyeva çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, Təhsil Nazirliyi tərəfindən aparılan layihənin məqsədi Saatlı, Sabirabad rayonları və Şirvan şəhərindən olan müəllimlərin şagirdlərə düzgün, sağlam ünsiyyət qurmaları üçün onlara psixoloq tərəfindən seminar və təlimlər keçirilməsindən ibarətdir. Layihənin mövzusu bu gün çox aktual məsələlərdən biri olan gəncliyin dəyişən psixologiyasının təhsildə də yeni yanaşmaların tələb edilməsidir. İndiki halda müəllim-şagird münasibətləri zamanı düzgün yanaşmanın seçilməməsi onlar arasında ünsiyyət zəifliyinə, qarşılıqlı anlaşılmazlığa gətirib çıxarır. Bunun əsas səbəblərindən biri öyrədənin öyrənənə öz prizmasından yanaşması, qarşı tərəfi öz bacarıqlarına nisbətdə qiymətləndirməsidir.
Seminarda qeyd edilmişdir ki, müəllimlər bu təlimə qoşulduqdan sonra şagirdləri ilə ünsiyyət zamanı qarşı tərəfə daha həssas yanaşacaqlar. Onlar təlimçi-psixoloqdan öyrəndikləri yeni üsul və yanaşma yollarını öz fəaliyyətlərinə tətbiq etməyə çalışacaqlar. Müəllimlərin öyrəndiklərini effektiv şəkildə tətbiq etməsi şagirdlərin idraki, sosial, psixoloji və emosional inkişaflarında özünü göstərəcəkdir.
Seminar zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter