V Qrant müsabiqəsinin qalibi
- 02.11.2021, 22:20, Baxış sayı:
- 500
Facebook
Вконтакте
Одноклассники
Google+
“Şəhid və qazilərimizin tanıdılması məqsədilə Vikipediya klubunun yaradılması” Layihəsinin rəhbəri Nurlana Xəlilova
Rayonun şəhid Cəlil Fərzəliyev adına Balvar kənd tam orta məktəbinin tarix müəllimi Nurlana Xəlilova ”Şəhid və qazilərimizin tanıdılması məqsədilə Vikipediya klubunun yaradılması" Layihəsi üzrə Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuşdur. Nurlana Xəlilovanın verdiyi məlumata görə, layihənin əsas məqsədi vətənpərvərlik sahəsində şəhid və qazilərimizin tanıdılması istiqamətində virtual informasiyanı gücləndirməklə vikipediya ensklopediyası mövzusunda şagirdləri maarifləndirmək və vikipediya klubunun təşkilindən ibarətdir.
Layihənin rəhbəri bildirib ki, bu məqsədlə çalışdığım məktəbin direkatoru ilə birgə 10 nəfərlik şagird heyətinə 5 günlük maarifləndirici seminarların təşkili cədvəli hazırlanıb və təlimçi müəyyənləşdirilib: “Layihənin icra planına uyğun olaraq ikinci seminarımızı keçirdik. Seminarı giriş sözü ilə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Tofiq İsgəndərov açmış və layihənin icrasında uğurlar arzulamışdır. Seminarın 2-ci günü şagirdlərin hər birinə “gmail” hesabı açıldı, vikipediya hesabları yaradıldı. Vikipediyada şəkil yerləşdirilmə detalları izah edildi. Vətən müharibəsinin şəhidi Əsgərov Firavan Xanbala oğluna dair toplanmış məlumatlar -
word mətnlər yığıldı. Daha sonra təlim gedişində Vətən müharibəsinin digər şəhidi Əsgərov Firavan Xanbala oğluna dair məlumatlar
https://az.wikipedia.org saytında yerləşdirildi.