• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Milli Qəhrəmanlara həsr olunan filmlər nümayiş edilib

  • 20.10.2022, 16:30, Baxış sayı:
  • 194
Sabirabad rayon Mə­dəniyyət Mər­kə­zinin Qaratəpə kənd Yaradıcılıq evin­də Azərbaycanın Milli Qəhrəmanları Mübariz Əhmədov və pol­kovnik-ley­tenant Mu­rad Mir­zəyevə həsr olu­nan tədbir keçirilib.
Əvvəlcə Milli Qəhrəman Mübariz Əhmədovun anadan olduğu kənddə təşkil olunan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirin davamında İdarənin məsləhətçisi Ağalar Ağammədov, Milli Qəhrəman Mübariz Əhmədovun bacısı Nüşabə Əlizadə, Qaratəpə kənd icra nümayəndəsi İlham Həsənov, Qaratəpə kəndində fəaliyyət göstərən orta məktəblərin direktorları çıxış ediblər.
Sonda Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” film studiyası tərəfindən çəkilən, hər iki qəhrəmanın şərəfli ömür yolundan bəhs edən “Mübariz” və “Komandir” filmləri nümayiş olunub.
Milli Qəhrəmanlara həsr olunan filmlər nümayiş edilib
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter