"Mübariz" və "Komandir" filmlərinin təqdimat mərasimi keçirilib
- 06.07.2022, 22:40, Baxış sayı:
- 353
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Mübariz Əhmədov və polkovnik-leytenant Murad Mirzəyevə həsr olunmuş "Mübariz" və "Komandir" filmlərinin təqdimat mərasimi keçirilmişdir.
Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində qəhrəmanlıq göstərən Sabirabadın igid oğulları, tariximizdə iz qoyan, qürur mənbəyimiz olan şəhidlərimiz haqqında çəkilən bu filmlərin təqdimat mərasimində deputat Ramin Məmmədov, şəhid ailələri, qazilər, fəal gənclər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı həlak olmuş igid soydaşlarımızın qanının yerdə qalmadığını söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycanın tarixini öz qanları ilə yazan müzəffər Ordumuzun əsgərləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı düşməndən azad etdilər. Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın qəhrəman oğulları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldılar, igidlərimiz sağlamlığını itirərək qazi adını qazandılar.
Tədbirdə çıxış edən millət vəkili Ramin Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğıdan danışmışdır.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, hər iki qəhrəmanın ailə üzvləri - Mübariz Əhmədovun bacısı Nüşabə Əlizadə, Murad Mirzəyevin atası Telman Mirzəyev də tədbirdə çıxış etmişlər.
Çıxış edən natiqlər hər iki qəhrəman haqqında öz xatirələrini bölüşmüş, onların Vətən uğrunda göstərdikləri igidliklərdən söhbət açmışlar.
Filmlərin rejissoru Murad Muradov çıxışında vuğulamışdır ki, igid oğullarımızın qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Biz qismən də olsa bu borcu ödəməyə çalışdıq.
Sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Səlnamə" film studiyası tərəfindən çəkilən "Mübariz" və "Komandir" filmləri nümayiş olunmuşdur.
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar