• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nazirlik əməkdaşları Şəhid İsmayıl Budaqlının ailəsini ziyarət ediblər

  • 20.10.2022, 14:09, Baxış sayı:
  • 182
Nazirlik əməkdaşları Şəhid İsmayıl Budaqlının ailəsini ziyarət ediblər
Gizir Budaqlı İsmayıl Məhərrəm oğlu sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Sabirabad rayonu Axtacı - Muğan kəndində şəhidimizin ailəsini ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görüldüyü, bundan sonra da operativ davam etdiriləcəyi bildirilib.
Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb.
İsmayıl 44 günlük Vətən müharibəsi döyüşlərində də iştirak edib. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter