İcra başçısı və millət vəkilləri yaralı hərbi qulluqçulara baş çəkiblər
- 21.09.2022, 15:08, Baxış sayı:
- 273
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Sabirabad rayonundan ordumuzun bir neçə hərbi qulluqçusu yaralanıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabaddan seçilmiş deputatlar Kamal Cəfərov və Ramin Məmmədov Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkiblər.
RİH başçısı və millət vəkilləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Sabirabad rayon sakinləri hərbi qulluqçuları ziyarət ediblər. Səmimi söhbət zamanı Vətən müharibəsində əsgərlərimizin şərəfli döyüş yolundan, müzəffər ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı qələbədən, şəhid ailələri və qazilərə diqqət və qayğıdan danışılıb. Onlar yaralılara Allahdan şəfa diləyib, tezliklə ayağa qalxmalarını arzulayıb, onların ailələrinin problemləri ilə maraqlanıblar.