• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizin əməkdaşlıq əlaqələrinin yeni prioritetləri diqqətə çatdırılıb

  • 20.10.2022, 13:37, Baxış sayı:
  • 203
Ölkəmizin əməkdaşlıq əlaqələrinin yeni prioritetləri  diqqətə çatdırılıb
Sakit ZÜLFÜQAROV,
ASAN xidmət mərkəzi Notariat Ofisinin aparıcı mütəxəssisi

Dövlət başçısı İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı və Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışlarında artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin davam etdiyi 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi. Azərbaycanın bütün sahələrdə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı.
Dövlət başçısı İlham Əliyev daim türk dünyasının birliyinə çalışaraq Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına çağırışlar edir. 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva edərək türkdilli dövlətlərin postmünaqişə dövründə də birliyi məsələsini daha da aktuallaşdırdı. Son vaxtlarda dövlət başçısı İlham Əliyevin reallaşdırdığı səfərlərə, keçirilən tədbirlərdə çıxışlarına, görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirsək bütün bunların tarixi Zəfərimizdən sonra qarşıda dayanan vəzifələrə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbuluna həsr olunduğunu görərik.
Ümumilikdə dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter