• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentimizin diplomatik fəallığı ölkəmizin mövqeyinin güclənməsinə xidmət edir

  • 18.10.2022, 09:22, Baxış sayı:
  • 213
Prezidentimizin diplomatik fəallığı ölkəmizin mövqeyinin güclənməsinə xidmət edir
Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin son səfərləri bunu bir daha təsdiqlədi. Avropa dövlətlərinin Azərbaycanı, Prezident İlham Əliyevi yeni yaradılan siyasi platformanın Zirvə Toplantısında görmək istəyi, müzakirə olunan məsələlərdə ölkəmizin mövqeyinə verdiyi önəm sözümüzün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi.
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışlarında artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin davam etdiyi 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi. Azərbaycanın bütün sahələrdə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı.
Çıxışında Ermənistanın Bəyanatın özünə aid hissəsini icra etmədiyini vurğulayan dövlətimizin başçısı deyib: “Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.
Azərbaycan Prezidenti çıxışının sonunda iclas iştirakçılarının diqqətinə Qarabağ ermənilərinin taleyi barədə Azərbaycanın mövqeyini çatdırıb. “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının gənc fəalı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter