• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

  • 06.10.2022, 09:32, Baxış sayı:
  • 226
Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirir.
FHN-dən verilən xəbərə görə, Xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad filialında, Səmədabad kənd Pambıq zavodunda, “Aqroservis” ASC-nin Sabirabad regional nümayəndəliyinin Salyan rayon bölməsində, “P-Aqro” MMC-nin Sabirabad filialında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.
"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter