• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim təşkil olunub

  • 12.09.2022, 10:04, Baxış sayı:
  • 196
Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim təşkil olunub
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Sabirabad rayonunda pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparılıb və “Pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydaları” mövzusunda mexanizatorlar üçün təlim keçirilib.
Tədbirdə Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin Sabirabad dövlət aqrar inkişaf mərkəzlərinin, “Aqroservis” ASC-nin yerli bölməsinin əməkdaşları və pambıqçılıq şirkətlərinin mütəxəssisləri iştirak ediblər.
Monitorinqin və təlimin məqsədi cari ildə “Aqroservis” ASC-yə və pambıqçılıq şirkətlərinə məxsus pambıq yığımında və daşınmasında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə mexanizatorların təlimatlandırılmasıdır.
Tədbir zamanı pambıqyığan kombaynlara baxış keçirilib və mexanizatorlara müvafiq tövsiyələr verilib.
Təlimlərin respublikanın digər pambıqçılıq rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter