• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd olunması xalqımızın Ulu Öndərə vəfa borcudur

  • 05.10.2022, 22:05, Baxış sayı:
  • 528
2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd olunması xalqımızın Ulu Öndərə vəfa borcudur
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-ci il “Heydər Əliyev İli” elan edilib. Dövlət başçısının məlum Sərəncamı sadəcə Heydər Əliyevə deyil, həm də Azərbaycanın dövlətçilik tarixinə, onun şanlı keçmişinə verilən yüksək qiymət, xüsusi ehtiram nümunəsi kimi xarakterizə olunur.
Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı si­yasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazmışdır.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı milyonlarla vətəndaş­larımız tərəfindən min­nətdarlıq hissi ilə qarşılanıb. Gələn il, Ulu Öndərin anadan olmasının 100 illiyi dünya azərbaycanlıları tərəfindən geniş şəkildə qeyd olunacaqdır. Bütün ömrünü dövlətinin iqtisadi, mədəni, hərtərəfli inkişafına sərf etmiş Heydər Əliyev, xalqının ən çətin zamanlarında onun yanında olmuş, xilaskarlıq missiyasını yerinə yetirmişdir.
HEYDƏR ƏLİYEV o tarixi şəxsiyyətdir ki, 1990-cı ilin 20 yanvar hadisələrində Moskvada SSRİ rəhbərliyini açıq şəkildə tənqid etmiş, mətbuat konfransı keçirərək Bakıda baş verənləri dünya birliyinə çatdırmış, 1993-cü ilin iyununda vətəndaş müharibəsinin, separatçılığın qarşısını almış və Azərbaycanı parçalanmaqdan xilas etmişdir. İlk müstəqil konstitusiyamız onun bilavasitə rəhbərliyi ilə qəbul edilmiş, bu günki güclü iqtisadiyyatımızın əsasını təşkil edən, əsrin neft kontraktları imzalanmış, hüquqi dövlət qurulmuş, cəmiyyətin bütün sahələrində islahatlar apa­rılmışdır. Azərbaycanda ya­şayan bütün xalqları öz ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının banisi, işğal altında olan torpaqları azad etmiş Müzəffər Ordunun qurucusu da məhz HEYDƏR ƏLİYEVDİR. Azərbaycanı bey­nəlxalq miq­yasda tanıtdıran, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirməklə, diaspora təşkilatlarının əsasını qoyan və dünya azərbaycanlılarının həmrəylik gününü rəsmi dövlət bayramı olaraq təqvimə yazdıran da HEYDƏR ƏLİYEVDİR. Ümummilli Liderin Azərbaycan dövləti qarşısındakı xidmətləri sonsuzdur və illər ötdükcə, dünyada baş verən hadisələri təhlil etdikdə, onun dahiliyi daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan xalqı, hər zaman öz xilaskarını dərin minnətdarlıq hissi ilə xatırlayacaqdır.
Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin siyasətində ən başlıca hədəf idi. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir.
Ona görə də, 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd olunması, bir vəfa borcudur və hər kəsin ürəyincədir”.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter