Sabirabadın Sarxanbəyli kəndində körpü uçub
- 12.09.2022, 09:47, Baxış sayı:
- 259
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda Sarxanbəyli kəndindəki kollektor üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.
Sarxanbəyli kəndi ərazisindəki qeyd olunan ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib. Üç aşırımlı, 9 dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə 6 metrdir. Körpüdən o taylı - bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.
Bu körpü üç il bundan əvvəl yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Bu ilin iyulunda isə onun orta hissəsi uçub, nəticədə böyük oyuq yaranıb.
Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.
Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlıdır. Qəzalı olduğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.