• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəfər yolunun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur

  • 30.07.2021, 14:25, Baxış sayı:
  • 509
Zəfər yolunun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur
"Zəfər yolu Füzuli ilə Şuşa arasında nəqliyyat əlaqəsi yaradacaq. Yolun ümumi uzunluğu 101 km təşkil edir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Fərid Yusubov bildirib. Onun sözlərinə görə, yol, 2-ci texniki dərəcəyə uyğun olaraq tikilir:
"Burada hərəkət hissəsi 2 zolaqdan ibarət olaraq 7 metr, torpaq yatağının eni isə 11-12 m arası dəyişir. Yol üzərində 168 ədəd ümumi uzunluğu 3864 m təşkil edən müxtəlif diametrli suötürücü borular quraşdırmışıq. Bundan əlavə, yeraltı keçidlər də quraşdırılıb. Eyni zamanda, 4 ədəd körpünün tikintisi aparılır və yekunlaşmaq üzrədir. Bunların da ümumi uzunluğu 351 m təşkil edir. Yol boyu dağlıq ərazidən keçən hissələrdə 11 yerdə 1423 m uzunluğunda istinad divarları tikilir ki, bu da gələcəkdə yolda təhlükəsizliyi təmin edəcək".
F.Yusubov deyib ki, yolda torpaq yatağı demək olar ki, tamamilə başa çatıb: "Hazırda yolun əvvəlindən 0-20-ci km hissəsində asfalt beton döşənilib. Burada dayandığımız yer 40-cı km-dir. Artıq 40-45-ci km hissədə də asfalt beton döşənib. Yolun sentyabrdan tam istifadəyə verilməsi nəzərdə tutulur".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter