Kür çayının üzərindəki körpüdə təmir-bərpa işləri aparılır
- 27.02.2022, 12:32, Baxış sayı:
- 346
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sabirabad rayonununda, Surra-Padar avtomobil yolundakı avtomobil körpüsündə təmir-bərpa işləri aparır.
Agentlikdən verilən məlumata görə, rayonun Surra kəndinin ərazisində - Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı. Bu səbəbdən əraziyə işçi briqadası cəlb edilərək problemin aradan qaldırılmasına başlanılıb. Hava şəraiti əlverişli olsa, yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü sürücülərin ixtiyarına veriləcək.