Sakinlərin qaz təchizatına dair müraciətləri dinlənilib
- 12.09.2022, 09:43, Baxış sayı:
- 232
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azəriqaz” İB-nin Sabirabad şəhərində təşkil etdiyi “Açıq mikrafon” aksiyasında qeydə alınan müraciətlərin bir çoxu təbii qazla bağlı yaranmış problemlərlə bağlı olub.
“Səyyar qəbul otağında” rayon sakinləri Regional qaz istismarı İdarəsinin əməkdaşlarına öz müraciətlərini ünvanlayıblar.
Sakinlər aksiya çərçivəsində onlarla görüşə gələn Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşdə təbii qazla bağlı yaranmış problemlərindən söz açıb və onların müraciətlərinin tez bir zamanda həll olunacağına ümid etdiklərini bildiriblər. Birliyin məsul şəxsləri isə hər bir müraciətə həssaslıqla yanaşıb və bütün müraciətlər qeydiyyata alınıb.
Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıq verilib.