• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bulaqlı kənd məktəbində istilik sisteminin qurulması gündəmdədir

  • 30.11.2021, 10:03, Baxış sayı:
  • 325
Bulaqlı kənd məktəbində istilik sisteminin  qurulması gündəmdədir
Sabirabaddan Milli Məclisin deputatı Kamal Cəfərov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə Sabirabad rayonunun Bulaqlı kəndində sakinlərlə görüş keçirilib.
Kənd məktəbində baş tutan tədbirdə yerli idarəetmə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edən sakinlər kəndə verilən qazın təzyiqinin əsasən qənaətbəxş olduğunu, lakin qaz təsərrüfatı ilə bağlı yeganə problemin kənd məktəbində istiliyin olmamasını bildiriblər. Tədbirdən dərhal sonra Milli Məclisin deputatı və "Azəriqaz"ın nümayəndələri birlikdə məktəbə baxış keçirib, qazla təchizat imkanları araşdırılıb.
Məktəbin qazanxanasının və istilik sisteminin qurulması ilə bağlı aidiyyəti dövlət orqanı qarşısında məsələ qaldırılacağı məktəb pedaqoji kollektivinin və kənd sakinlərinin nəzərinə çatdırılıb. Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi qaz xəttinin çəkilişi ilə bağlı edilən müraciətlərin İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə çatdırılacağı barədə tədbir iştirakçılarını məlumatlandırıb.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter