• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nəsimi kəndində qaz təchizatına dair problemlər dinlənilib

  • 24.05.2022, 09:10, Baxış sayı:
  • 285
Nəsimi kəndində qaz təchizatına dair problemlər dinlənilib
Sabirabad rayonunda "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla görüş keçirilib, sakinlərin qaz təchizatına dair problemləri dinlənilib.
“Azəriqaz” İB-dən verilən məlumata görə, rayonun Nəsimi kənd sakinləri 300-dək fərdi yaşayış evi olan bu kəndin təbii qazla təmin olunmasını xahiş ediblər.
Aksiyada vətəndaşlarla yanaşı, sahibkarlar da iştirak edib. Sahibkarlıq subyekti istər əhali, istərsə də qeyri-əhali abonentlərinə tətbiq olunan limitlə bağlı güzəştlərin olunmasını xahiş edib. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev daxil olan bu müraciətlə bağlı izahat verərək, təbii qazın qiymətinin tənzimlənməsinin "Azəriqaz" İB-nin səlahiyyətləri xaricində olduğunu vurğulayıb. Bildirilib ki, təbii qazın tarifinin müəyyən olunması Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.
Bundan əlavə, aksiyada Birliyin, Salyan Regional qaz istismarı İdarəsinin, yerli idarəetmə orqanlarının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter