Kənd mədəniyyət evi, yoxsa tövlə?!
- 01.09.2022, 17:57, Baxış sayı:
- 1064
Facebook
Вконтакте
Одноклассники
Google+
Tarixi əsrlərə söykənən Cavad kəndində mədəniyyət evi tövləni xatırladırCavad Sabirabad rayonunun ən qədim və ən böyük kəndlərindəndir. Əhalisi artıq 4.211 nəfərə çatıb. Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Cavadın ərazisində Kür çayının üzərindən körpünün salınması bu kəndin dirçəlişini daha da sürətləndirdi. Bu kəndlə rayon mərkəzi arasında məsafə xeyli azaldı - 3 - 4 kilometr oldu. Yəni elə bil Cavad Sabirabad şəhərinin bir parçasına çevrildi. Demə kəndin şəhərin “beş addımlığında” yerləşməsi o qədərdə önəmli deyilmiş. Əgər elə olsaydı, tarixi əsrlərə söykənən bu kənddə dağılıb sıradan çıxmaq üzrə olan məktəblərin tikintisinə bir əncam çəkilərdi.
Mədəni xidmətdən heç danışmağa dəyməz. Fotolara diqqətlə baxın. Bura Cavad kənd mədəniyyət evidir.
Bir də diqqətlə baxın. Cavadın düz mərkəzində yerləşən üstündəki lövhədə “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Sabirabad Regional Mədəniyyət İdarəsi. Sabirabad Rayon Mədəniyyət Mərkəzi. Cavad kənd Mədəniyyət evi” yazılmış bu ev elə bil tövlədir. Heç olmasa mədəniyyət evinin başbilənləri yaxşı ki, giriş qapıya dəmir lövhə qoyublar. Yoxsa heyvanlar içəridə də “oyun”çıxarardılar.
Qeyd edək ki, illərlə bu kənd mədəniyyət evində bu məsuliyyətsizlik davam edir. Aidiyyəti olaraq xəbərdarlıq da etmişik ki, bu mədəniyyətimizə təhqirdir. Budur nəticə...
Elə bilirdik, bir neçə ildir ki, təşkil edilmiş Regional Mədəniyyət İdarəsi necə deyərlər, “əlinin içində” olan rayonun bu ən böyük kəndində belə “mədəni xidmətə” yol verməz.
Təəssüf...
İ. DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar