Mədəniyyət İdarəsi xoş ənənəni davam etdirir
- 21.07.2022, 11:41, Baxış sayı:
- 240
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin və təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsi davam etdirilməkdədir.
Belə ki, Qurban bayramı ərəfəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsininin birgə təşkilatçılığı ilə iyulun 6-da İdarə rəisi Fərid Qurbanzadə və komitə sədri Telman Əzimov tərəfindən Sabirabad rayonundan şəhid Süleyman Qarayevin və Sabirabad rayonunun Məmişlər kəndindən şəhid Fərid Hüseynovun ailələri ziyarət edilmişdir.
Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinin də davam etdirilməsi çərçivəsində uzun müddət Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının üzvü olmuş Güldərən Azayeva da ziyarət edilmişdir.
Hər üç ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırılmış, onlara bayram sovqatı verilmişdir.