• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Biz köçkünlərin yurdlarımıza qayıtmağımız üçün bütün zəruri tədbirlər görülür

  • 20.04.2022, 23:59, Baxış sayı:
  • 378
Biz köçkünlərin yurdlarımıza  qayıtmağımız üçün bütün zəruri  tədbirlər görülür

Əbdül CƏFƏROV,

Sabirabad rayon Güdəcühür köçkün qəsəbəsindəki
32 nömrəli Füzuli şəhər tam orta məktəbinin
direkoru


Ölkəmizdə cari ilin birinci rübünün yekunları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirədə müzakirə edilib. Müşavirədə geniş çıxış edən dövlətimizin başçısı ötən 3 ay ərzində görülən işləri təhlil edib və ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb.
Birinci rüb ərzində ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mötərəm Prezidentimiz bu yekunları keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirmişdir. İqtisadi-siyasi məsələlərin müzakirəsi ilə yanaşı Prezidentimiz öz çıxışında 30 il ərzində düşmən tapdağı altında olan və Vətən müharibəsində qazandığımız Şanlı Qələbə nəticəsində azad edilən torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırıb. Qeyd edilib ki, artıq Qarabağa həyat qayıdır. İnsanların rahat yaşamasına hesablanan, iqtisadi, sosial və ekoloji cəhətdən səmərəli və dayanıqlı olan “ağıllı şəhər” və “ağıllı kənd” modelini gerçəkləşdirmək üçün yeni texnologiyalarından istifadə edilir.
Müasir dünyada “ağıllı şəhər”lərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Bu texnologiyalar vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirir və həmin regionu texnoinvestorlar üçün maraqlı edir.
İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq və 110 milyon manata yaxın sərmayə qoyulacaq sənaye mərkəzində 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcəkdir. Ağdamın strateji coğrafi mövqeyi və digər imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsini genişləndirir. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaqdır.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə buradan didərgin düşmüş köçkünlərimizin doğma yurdlarına qayıdışı üçün bütün zəruri tədbirlər həyata keçirilir, burada tam yeni, müasir infrastruktur yaradılır. Prezidentimizin də qeyd etdiyi kimi artıq bu il köçkünlərin bu ərazilərə qaydışına başlanacaq və yaxın gələcəkdə Qarabağ, işğaldan azad olunan bütün ərazilər dirçəlməyə, inkişaf etməyə başlayacaqdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter