• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək

  • 11.08.2022, 12:37, Baxış sayı:
  • 272
Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək
Türkiyənin ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat Avropa çempionu Halil Mutlu sentyabrda Azərbaycana gələcək.
Bu barədə 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən seçilmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov məlumat verib.
32 yaşlı deputat bildirib ki, Halil Mutlu Sabirabada gələcək: "Üçqat Olimpiya, beşqat dünya, doqquzqat Avropa çempionu Halil Mutlu ilə görüşdüm. Sabirabadda əsasını qoyduğumuz "Muğan" Ağır Atletika klubu barədə məlumat verdim. Razılaşdıq ki, bu ilin sentyabrında Halil abi Sabirabada gələcək, ağır atletlərlə görüşəcək və öz təcrübəsi ilə sabirabadlı gənclərə dəstək olacaq".
Qeyd edək ki, ötən ay "Muğan" Ağır Atletika Klubunun açılış mərasimi keçirilib. Mərasimdə Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və digər şəxslər iştirak ediblər.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter