Birinci Qarabağ müharibəsində xəsarət alanlara birdəfəlik ödənişlər iyulda veriləcək
- 09.04.2022, 15:44, Baxış sayı:
- 501
Facebook
Вконтакте
Одноклассники
Google+
1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da bildirib. Onun sözlərinə görə, birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub:
"Müvafiq qurumlardan məlumatların göndərilməsi prosesi başa çatmayıb. Vətəndaşın bunun üçün heç bir quruma üz tutmasına ehtiyac yoxdur. Əgər hər hansısa bir şəxs ödəniş həyata keçirilən zaman iddia edirsə ki, onun da yardım almaq hüququ var, bu zaman müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna və DOST mərkəzlərinə müraciət edə bilər. Biz həmin müraciəti müvafiq qurumlara yönləndirəcəyik və müsbət cavab alınarsa, həmin şəxslərə də ödəniş edilə bilər".
Qeyd edək ki, ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.