• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət başçısının diqqətindədir

  • 29.12.2021, 17:42, Baxış sayı:
  • 352
Ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş  vətəndaşlar dövlət başçısının diqqətindədir

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.[/i]
Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi əlillərinə müavinətlərin verilməsi ilə bağlı Sərəncam imzalaması təqdirəlayiqdir. Vətən qarşısında xidmətləri olmuş, ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər, həmçinin şəhidlər və onların ailə üzvləri heç vaxt unudulmur. Birinci Qarabağ müharibəsindən uzun müddət keçsə də, dövlət iqtisadi vəziyyət imkan verən kimi həmin vətəndaşların əziyyətini dəyərləndirdi. Hesab edirəm ki, birdəfəlik müavinətlərin verilməsi müsbət addımdır.
Bu, bir daha sübut edir ki, son günlər verilən sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Ümumiyyətlə, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindəndir. Xüsusilə də həssas və aztəminatlı qruplar, o cümlədən Vətənin müdafiəsi uğrunda mübarizə aparmış heç kəs unudulmur. Sərəncam 1997-ci ilə qədər olan müddətdə əlillik qazanmış şəxsləri əhatə edir. Yəni, 25-30 il bundan qabaq da ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət başçısının diqqətindədir, onlar Prezidentin qayğısı ilə əhatə olunublar.

Füzuli PAŞAYEV,
Qarabağ Əlilləri,Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin
Sabirabad rayon filialının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter