• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Baş Redaktordan. ŞƏRƏFLİ YOL

  • 21.07.2022, 23:55, Baxış sayı:
  • 552
Baş Redaktordan.  ŞƏRƏFLİ  YOL
və yaxud Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür
Ölkəmizdə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin-MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verəcək.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
“Muğanın səsi”nin də şanlı, fəxr edilməsi tarixi var. Qəzet az qala bir əsrə yaxındır ki. öz dəsti-xətti ilə şərəfli bir yol keçib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən 1931-ci ildə yaradılmış “Pambıq cəbhəsində”, 1962-ci ildən “Muğan”, 1992-ci ildən “Suqovuşan” və 2005-2007 və 2020-ci ildən “Muğanın səsi” qəzeti hansı adlarda fəaliyyətdə olmasına baxmayaraq həmişə rayon həyatının güzgüsü olmuşdur. Hələ sovetlər birliyi vaxtından bölgənin tarixinin, milli dəyərlərinin, xalq yaradıcılığının təbliğində mühüm işlər görmüşdür. Sözə ürəkdən bağlanan, ilk yaradıcılıq axtarışlarına burada başlayan Azərbaycanımızın bir çox tanınmış qələm sahiblərinin ilk yazıları məhz bu rayon qəzetində dərc olunmuşdur. İndi redaksiyamızın otaqlarının birində sərgilənən çoxlu sayda yaradıcılıq müsabiqələrinin diplomları, təşəkkür məktubları hər bir əməkdaşın illər boyu apardığı axtarışların bəhrəsidir.
Cənab Prezident İlham Əliyev özünün dediyi kimi həmişə mətbutın dostu olmuşdur: “Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”. Cənab Prezident Sabirabada çoxsaylı səfərlər edib. 2016-cı ilin sentyabrın 17-də rayona növbəti səfəri zamanı Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıqçılıq briqadasının üzvləri ilə görüşündə Ulu Öndərin 1980-ci ilin sentyabrında Sabirabada, Fatma Hüseynovanın briqadasına səfərini əks etdirən “Muğan” qəzeti ilə tanış olarkən qəzet barədə xoş sözləri ümumilikdə yerli mətbuata verilən dəyərdir.
Bir neçə il əvvəl Möhtərəm Prezidentimiz ikinci dəfə “Jurnalistlərin dostu” mükafatının verilməsi zamanı bildirmişdi ki, mən dostluğa sadiq adamam və hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir: “Jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlara dəstək mütləq verilməlidir. Dövlət bu məsələdə həmişə sizin yanınızdadır”.
Qəzetin də çətin günləri az olmayıb. Maliyyə və maddi-texniki cəhətdən imkanlarımız məhdud olsa da, qəzet əməkdaşları bu gün də mübarizlik ruhunun hesabına sözün keşiyində dəyanətlə dayanmağı bacarırlar.
Sonda Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımızı, həmçinin mediaya bağlı olan bütün oxucularımızı "Muğanin səsi" kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter