Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır
- 20.07.2022, 20:18, Baxış sayı:
- 335
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.
Dövlət başçısı deyib ki, bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. “Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”, - İlham Əliyev vurğulayıb.
Tərəflər arasında münasibətlərdə rəsmi Bakı həmişə maraqların qarşılıqlı şəkildə icrası tələblərini irəli sürüb və nəticə etibarilə məqsədlərinə çatıb. Ölkəmiz digər Şərq Tərəfdaşlığı dövlətlərindən fərqli olaraq Aİ ilə münasibətlərində müəyyən məsafəni güdməklə praqmatik siyasət aparıb, nəticədə siyasi risklər minimallaşıb, əvəzində isə bölgədəki geosiyasi aktorlar arasında balansın qorunulmasına nail olunub.
Sirr deyil ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi