• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Özbəkistan və Azərbaycan dost, qardaş və tərəfdaş ölkələrdir

  • 23.06.2022, 21:04, Baxış sayı:
  • 343
Özbəkistan və Azərbaycan dost, qardaş və tərəfdaş ölkələrdir
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin mühüm əhəmiyyəti var. Diplomatik əlaqələrin qurulduğu 27 ilə yaxın müddət ərzində müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi ilə əlaqədar əhəmiyyətli addımlar atılıb. Amma hazırkı geosiyasi reallıqlar və iqtisadi çağırışlar müttəfiqlik münasibətlərinin dərinləşdirilməsini zəruri edir. Prezident İlham Əliyevin bəhs olunan səfəri zamanı müzakirə olunan məsələlər, səsləndirilən fikirlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bu istiqamətdə səmərəli fəaliyyətin həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir.
İmzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi sənaye, nəqliyyat-kommunikasiya, humanitar və digər sahələrdə, həmçinin hərbi və hərbi-texniki əməkdaşlıq istiqamətində səmərəli təmasların, uğurlu işbirliyi mexanizminin formalaşdırılmasına imkan verəcək. Xüsusilə, ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirir. Prezident İlham Əliyev Bəyannamənin mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsi olduğunu söyləyib. Dövlət başçısı diqqətə çatdırıb ki, sənəddə xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Prezident Şavkat Mirziyoyev isə “Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam.
Dövlətimizin başçısının toxunduğu mühüm məsələlərdən biri müxtəlif sahələrdə işbirliyininin gücləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq üçün, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq siyasi iradə əsasında birgə fəaliyyətin bundan sonra da ardıcıl davam etdirilməsidir. “Siyasi Bəyannamə mahiyyət etibarı ilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır”,- deyən cənab İlham Əliyev vurğulayıb ki, “təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var”. Bəli, Azərbaycan ilə Özbəkistanın Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində təmasları və əməkdaşlığı uğurla davam etdirməsi prinsipial məsələlərdə, kritik anlarda milli maraqların qorunması baxımından vacib və önəmlidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbə qazanmasından sonra və hazırda Avrasiyada mühüm geosiyasi proseslərin cərəyan etdiyi şəraitdə Türk dünyası qarşısında yeni perspektivlər açılıb. Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə mühüm töhfələr verə bilərlər.
Bütövlükdə, Prezident İlham Əliyevin dövlət səfəri fonunda Azərbaycan-Özbəkistan münasibətlərinin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq müstəvisində yeni mərhələyə qədəm qoyması həm iki ölkənin siyasi, iqtisadi maraqlarının təmin olunması, həm də regional təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. İki ölkə prezidentinin qeyd etdiyi kimi bu, tarixi səfərdir və yeni mərhələnin başlanğıcıdır.

Əlişirin Əliyev,
Sabirabad rayon Mərkəzi Poliklinika şöbəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter