• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir

  • 15.06.2022, 17:43, Baxış sayı:
  • 440
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
Azərbaycanın dövlətçilik tarixi mühüm hadisələrlə zəngindir. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanılması – ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması isə müstəsna əhəmiyyətə malikdir.
Postmüharibə mərhələsində Azərbaycan həm Qələbənin siyasi-diplomatik müstəvidə gücləndirilməsi, həm ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsi, həm də regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Belə strateji fəaliyyətin nəticələrindən biri də 1 il əvvəl – 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasıdır.
Qars müqaviləsindən yüz il sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Ən əsası, Bəyannamə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Sənədə əsasən, tərəfdaşlıq əlaqələri iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərlə yanaşı, hərbi-strateji sahəni də ehtiva edir. Bu isə iki dövlətin milli təhlükəsizliyinin təmin olunması üçün ortaq siyasi iradənin sərgilənməsi – birgə strateji fəaliyyətinhəyata keçirilməsidir. Digər vacib məqama nəzər salaq. Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib məqam və prinsipial məsələdir.
Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm çoxşaxəli, həm də ən yüksək zirvədədir. Tərəflər beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Regionda yeni geosiyasi nizam isə məhz Azərbaycan və Türkiyənin aparıcı mövqeyi fonunda formalaşır.
Heç şübhəsiz, “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı və prezidenti tərəfindən təsdiqlənməsi Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət edərək yeni nailiyyətlər qazanmaq – yeni zirvələr fəth etmək iradəsini, əzmini və qüdrətini göstərir. Dünya bir daha Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin sarsılmazlığını görür. Biz isə dünyaya birlikdə güclü olduğumuzu nümayiş etdiririk.

Vüsal Talıblı,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter