“İnsan hüquq və azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir
- 23.06.2022, 08:58, Baxış sayı:
- 264
Facebook
Вконтакте
Одноклассники
Google+
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində “İnsan hüquq və azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, gənclər və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlar zamanı insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar barədə məlumat verilib, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələrdən söz açılıb. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulduğu vurğulanıb.