• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində”

  • 05.05.2022, 02:41, Baxış sayı:
  • 346
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Heydər Əliyev Mərkəzində informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı hüquqi-maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil şöbəsinin, informasiya sahibi olan digər qurumların, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştrakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb.
Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, şöbənin əməkdaşları Aidə Aslanova, Aynur Həmidova və Elvin Hacıyev çıxışları zamanı Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.
Natiqlər informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Tədbir iştirakçıları həmçinin informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında da məlumatlandırılıblar.
Daha sonra informasiya əldə etmək hüququ haqqında təqdimat keçirilib. İnformasiya əldə etmək azadlığı, informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, qanunda göstərilmiş digər maddələr haqqında ətraflı məlumat verilib.
Yekunda tədbir iştirakçılarına “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.

“Muğanın səsi”

“İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində”
“İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter