• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Pulsuz hüquqi yardım” layihəsi çərçivəsində vətəndaş qəbulu keçirilmişdir

  • 07.06.2022, 14:56, Baxış sayı:
  • 321
“Pulsuz hüquqi yardım” layihəsi çərçivəsində vətəndaş qəbulu keçirilmişdir
“Pulsuz hüquqi yardım” layihəsi çərçivəsində vətəndaş qəbulu keçirilmişdir
Sabirabaddan millət vəkili Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə “Pro Bono” Vəkil bürosunun vəkili Araz Həsənov və “Arbitrium” Vəkil bürosunun vəkili Nəsimi Cəfərov tərəfindən Sabirabad rayonunda vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi çərçivəsində vətəndaş qəbulu keçirilmişdir.
Görüşdə 29 vətəndaşın 32 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, “Arbitrium” Vəkil bürosunun müdiri Polad Mehdiyevə, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Araz Həsənov və Nəsimi Cəfərova xüsusi təşəkkür edirik.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter