• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bakıda “Bazarstore”da güclü yanğın

  • 03.06.2021, 10:54, Baxış sayı:
  • 407
Bakıda “Bazarstore”da güclü yanğın
Axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən "Bazarstore" mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.
"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Qeyd edək ki, sözügedən filial Yasamal Yaşayış Kompleksinin ərazisində yerləşir.
***
Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda deyilir:
"Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub".
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter