Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin analoqu yoxdur. Beynəlxalq aləmdə özlərini məzlum xalq kimi təqdim edərək, nəinki insanlığa bütövlükdə ətraf mühitə qarşı barbarlıq edirlər. Erməni xisləti uzun illər boyu mövcud olub və davam etməkdədir. Azərbaycan ərazisinə hərbi təcavüz etməklə qondarma dövlət qurmaq arzuları isə puç oldu. 30 ilə yaxın Qarabağ ərazisini hərbi əsarətdə saxlamaqla necə barbar xalq olduqlarını dünyaya nümayiş etdirdilər. Nüfuzlu beynəlxalq təşkilatların qərarları belə 30 il kağız üzərində qaldı. Yalnız Azərbaycan əsgəri tarixi ədaləti bərpa etdi. Qarabağı erməni təcavüzkar ordusandan azad etməklə əslində müasir dünyaya ermənilərin faşist xislətini göstərdi. 44 günlük müharibənin möhtəşəm qələbəsi erməni və havadarlarının xain simasını açdı. Artıq beynəlxalq aləm Azərbaycan reallıqlarını qəbul etmək məcburiyyətindədir.
Prezident İlham Əliyev cari ilin 29 aprel tarixində keçirilmiş "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında bu məsələni bir daha diqqət önünə çəkdi. Cənab Prezident öz çıxışında Erməni vandalizminin təzahürlərindən bəhs edərək vurğuladı ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb.
Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Ermən lobbisinin və diasporunun şovinist əməllərinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayan cənab Prezident qeyd etdi ki, ”Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.”
Göründüyü kimi erməni barbarlığı əslində müasir dünyanın sivil qaydalarına ziddir. Ancaq, təəsüf ki,hələ də bəzi dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə nəinki göz yumur, hətta, ermənilərin millətçi,təcavüzkar siyasətinə dəstək verir. Bu cür ədalətsiz mövqe ilə barışmayan Azərbaycan dövlətinin diplomatiyası sülh və bərabərlik, tərəfdaşlıqla yanaşı, milli maraqlara toxunan, xələl gətirən istənilən məqamda prinsipallıq və qətiyyət nümayiş olunur.
Azərbaycanın əzəli və tarixi torpaqlarında ermənilərin qanunsuz məskunlaşma siyasətinə havadarlıq edənlər də beynəlxalq konvesiyaları pozur, beynəlxalq hüquqa zidd əməlləri ilə dövlətlərarası əlaqələrə kölgə salırlar. Təəsüflər olsun ki, özlərini ədalət - hüquq keşikçiləri kimi elan edən bəzi beynəlxalq təşkilatlar Qarabağdakı ədalətsizliyə bir dəfə olsun münasibət bildirmədilər. Bəzi “sülhsevər “dövlətlər özlərinin ədalətsiz mövqeləri ilə ermənilərə havadarlıq edir,münaqişə ocağında əsil sülhün bərqərar olmasına əngəl olurlar. Lakin, bu cür haqsız mövqelər Azərbaycanı haqq işindən döndərə bilməz. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda möhtəşəm layihələr tez bir zamanda reallaşacaq və 30 ilə yaxın ata- baba yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.
Ağalar Ağammədov,
Sabirabad Regional Mədəniyyət
idarəsinin məsləhətçisi