Prezident İlham Əliyev BMT-dəki çıxışı yeni regional reallığın dünya ictimaiyyəti tərəfindən qəbuluna yönəlmiş mühüm addımdır
- 28.09.2021, 09:57, Baxış sayı:
- 386
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin videoformatda çıxışı Azərbaycanın haqlı mövqeyi ilə bağlı bir sıra mühüm məsələlərə toxundu, ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Belə bir mövqe Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni regional reallığın dünya ictimaiyyəti tərəfindən qəbuluna yönəlmiş mühüm addımdır. Prezident İlham Əliyev bu mötəbər tribunadan bir daha Ermənistan hakimiyyətinin iç üzünü ifşa etdi, dünyanın dövlət və hökumət rəhbərlərinin diqqətini kəmiyyət etibarilə çoxsaylı məsələlərə cəlb etdi. Ölkə başçısının iclasdakı çıxışı regionun və Azərbaycanın reallıqlarının, ölkəmizin uğurlarının, nailiyyətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bir daha uğurlu təqdimat oldu.
Dövlətimizin başçısının sessiyada qeyd etdiyi kimi Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bununla da, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Həmçinin, diqqətə çatdırıldı ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın bütün şəhər və kəndləri tamamilə dağıdılıb. Bu baxımdan Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda törətdiyi vandalizmin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi və yüz minlərlə azərbaycanlının öz dogma yurdlarına qayıtması üçün həyata keçirilən layihələr barədə də məlumat verdi. Ölkə başçısının da qeyd etdiyi kimi “təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”. Belə bir ədalətsiz mövqe və ya mövqesizlik Ermənistanı daha da aqressiv olmağa, sülhdən yayınmağa həvəsləndirmiş, Azərbaycan xalqında isə beynəlxalq qurumların ədalətli olmasına inamı tam sarsıtmışdır.
Görüşdə ölkə başçısı Azərbaycanın COVID-19-a qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsindən də bəhs edib. Bildiyimiz kimi Azərbaycan COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış edib. Xüsusən də bu gün Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə qlobal təşəbbüslərlə çıxış etməsi, ədalətli vaksinasiya naminə mühüm addımlar atması, ÜST və 30-dək ölkəyə maddi yardım etməsi dünyanın diqqətini ölkəmizə yönəldib. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdıran cənab Prezident dünya müharibəsi ilə müqayisə edilən COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və baxışa böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı çıxışlarında COVID-19 ilə bağlı qlobal problemləri açıqlamaqla bu böhrandan çıxmağın yollarını da göstərirdi və qeyd edirdi ki, beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru