• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Postmüharibə dövrünün konstruksiyası birgə səylərin nəticəsində müəyyən olunmalıdır

  • 07.10.2021, 10:01, Baxış sayı:
  • 279
Postmüharibə dövrünün konstruksiyası birgə səylərin nəticəsində müəyyən olunmalıdır
Prezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı bir sıra mühüm məqamları qeyd etmişdir. Təəssüflər olsun ki, belə bir həssas məqamda bəzi dövlətlərin rəsmi şəxslərindən münaqişənin hələ bitmədiyini israr edən bəyanatlar eşidilir. Bu, olduqca təhlükəlidir və yenidən münaqişə yaratmağa cəhd hesab edilməlidir. Bununla bağlı Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində xüsusi olaraq vurğuladı ki, Ermənistanın baş naziri Paşinyan danışıqlara hazır olanda istənilən zaman danışmağa hazırdır: "Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir.
Ona görə də birtərəfli qaydada və ədalətsiz şəkildə Azərbaycana qarşı qarayaxmalar, onun imicinin beynəlxalq aləmdə ləkələnməsinə cəhdlər, Azərbaycana qarşı ərazi iddialarına dəstək verilməsi yaxın gələcəkdə yeni müharibənin baş verməsinə cəhd kimi qiymətləndirilməlidir. Məsələn, Avropa İttifaqının Ermənistana postmüharibə kontekstində 2.6 milyard dollar yardım ayırması qətiyyən başa düşülən deyil və qəbuledilməzdir. Cənab Prezidentin qeyd etdiyi kimi, "çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var" və bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində baş vermişdir. Belə olan halda, Ermənistana böyük məbləğdə vəsaitin ayrılması dolayısı ilə beynəlxalq ictimaiyyətdə məhz onun təcavüzə məruz qaldığı, onun şəhər və kəndlərinin vəhşicəsinə dağıldığı fikrini formalaşdırmaqdır. Avropa İttifaqının bu siyasəti 800 mindən artıq azərbaycanlı keçmiş məcburi köçkünə qarşı, bütövlükdə, Azərbaycan xalqına qarşı haqsızlıq və hörmətsizlikdir.
Bu gün, müharibə bitdikdən və münaqişə öz həllini tapdıqdan sonra dünyanın, beynəlxalq ictimaiyyətin mövqeyidir ki, artıq mövcud olmayan "qurumun" statusu haqqında danışmağın yeri yoxdur:
Yalnız irəli baxmaq, gələcəyi, birgəyaşayışı dəstəkləmək və buna xidmət edən layihələrlə çıxış etmək lazımdır. Kimlərsə yenidən vəziyyəti 1988-1994-cü illərə qaytarmağa cəhd edirlərsə, onlar azərbaycan və erməni xalqının düşmənləridir. Bu, birmənalıdır!
Ermənilər Azərbaycanının ərazisindən keçən 21 kilometr avtomobil yolundan istifadə edərək Ermənistanın bir bölgəsindən digərinə gündüz də, gecə də rahatca və təhlükəsiz öz avtomobillərində hərəkət edirlər. Ermənilər Azərbaycanın sərhədini maneəsiz keçib gedirlər və bu yolda heç bir təhlükənin olmadığını deyirlər.
Azərbaycan ərazisində - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Azərbaycan 30 ilə yaxındır ki, bu mövqeyini danışıqlar zamanı bütün səviyyələrdə bəyan edib və buna uyğun da təkliflərlə çıxış edib. Azərbaycanın bu bölgəsinin bir hissəsində əvvəllər azərbaycanlılarla bir yerdə yaşamış ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Təəssüf ki, bu gün bəzi dövlətlərin nümayəndələri qeyri-səmimi olaraq ermənilərin Qarabağın bir hissəsində kompakt şəkildə heç bir azərbaycanlının olmadığı yerlərdə yaşaddığını iddia edirlər. Əslində isə, zaman-zaman ermənilər həmin yerlərdə azərbaycanlıları daima sıxışdırmış və nəhayət 1988-1994-cü illərdə etnik təmizləmə həyata keçirmişlər. Məhz bu etnik təmizləmə nəticəsində 1994-cü ildən sonra "ermənilər kompakt yaşadığı ərazi" anlayışı dövriyyə gətirilmişdir.
Ona görə də qısaca desək, "status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır!".
Sülhə mane olanlar, Azərbaycanı yenidən müharibəyə sürükləmək istəyənlər bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünü və süverenliyini müdafiə etməyə qadir dövlətdir! Azərbaycana əzələ nümayiş etdirmək də əbəsdir! Azərbaycan dövlətinin azərbaycan xalqının hüquqlarının qarantı olan Prezidenti və Müzəffər Ordusu var! Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini şərəflə yerinə yetirməyə bir əsgər kimi hazırdır! Qarabağ Azərbaycandır!".

Vüsal Ağayev,
Sabirabad rayon sakini, Azərbaycan
Texniki Universitetinin tələbəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter