Azərbaycan Kəlbəcərdəki vandalizmə səssiz qalmayacaq
- 13.11.2020, 17:48, Baxış sayı:
- 438
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Kəlbəcərdəki vandalizmə səssiz qalmayacaq
Azərbaycanın Kəlbəcər rayonunu tərk edən ermənilər evlərini yandırır. Bu barədə erməni KİV-ləri və xarici media yazıb, sosial şəbəkələrdə videogörüntülər yayımlanıb. Qeyd edilib ki, ermənilər ev əşyalarını və mal-heyvanlarını özləri ilə götürdükdən sonra evlərə od vururlar. Səbəbini isə onunla izah edirlər ki, əmlaklarını azərbaycanlılara təhvil verməmək üçün belə edirlər.
KONKRET.az xəbər verir ki, erməni vandallarının bu hərəkətlərinə münasibət bildirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, bütövlükdə işğal nəticəsində Azərbaycana kifayət qədər ziyan dəyib: “30 illik işğal nəticəsində Kəlbəcərdə, ümumən digər rayonlarımızda infrastrukturun tamamilə dağıdılması, evlərin məhv edilməsi, meşələrə və təbiətə qarşı ekoloji terrorun həyata keçirilməsi müşahidə olunub. Ermənistan tək insanlarımıza qarşı deyil, həm də təbiətimizə qarşı ekoloji soyqırım həyata keçirib. Təbii ki, Kəlbəcərdə baş verənlər, yəni ermənilərin işğal altında saxladıqları əraziləri tərk edərək yanğınlar törətməsi əslində barbarlıq nümunəsidir. Əlbəttə, bütün bunların sənədləşdirilməsinə və qeydə alınmasına ehtiyac var. Əminəm ki, bu istiqamətdə işlər görüləcək”.
Deputat onu da vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və hərbi-siyasi rəhbərliyi tərəfindən Kəlbəcərdə vurulan ziyanla bağlı kompensasiya ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət hüququmuz və imkanlarımız var: “Düşünürəm ki, dövlət, sıravi vətəndaşlar bununla bağlı beynəlxalq və Avropa məhkəmələrinə müraciət edərək, kompensasiyaların ödənilməsini tələb edə biləcəklər. Hesab edirəm ki, dövlət tərəfindən qiymətləndirmə aparılacaq və buna uyğun olaraq da proseslər beynəlxalq müstəviyə çıxarılacaq. Eyni zamanda işğal altında olan torpaqlarda əmlakı və digər mülkləri zərər görən vətəndaşlarımızın da Avropa məhkəməsinə müraciət etmək hüququ var. Ona görə də düşünürəm ki, Kəlbəcərdə ermənilərin törətdiyi vəhşiliklərin və Azərbaycana qarşı vurduqları ziyanla bağlı beynəlxalq məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Əminəm ki, bu istiqamətdə lazım olan addımlar atılacaq”.“Muganinsesi.az”