• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsindən sonra növbəti tarixi qələbə - Fərrux ZƏFƏRİ

  • 29.03.2022, 19:45, Baxış sayı:
  • 366
Vətən müharibəsindən sonra növbəti tarixi qələbə - Fərrux ZƏFƏRİ
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra da tədricən öz işini görür. 30 ilə yaxın dövlətimiz bəyan etdi ki, münaqişə dinc yolla həllini tapmayacaqsa, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. 2020-ci il 10 noyabr Bəyanatından sonra biz yenə də oxşar taktiki gedişlər, strategiya izləməyə başladıq. Həmin razılaşmanın 4-cü bəndinə uyğun olaraq orada erməni silahlıları qalmalı deyil. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə deyib ki, biz keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını istəyirik. Biz Qarabağdakı müxtəlif separatçı qüvvələrin mövcudluğunu qəbul eləmirik.
Azərbaycan tərəfi haqlı olaraq vurğulayırdı ki, təxribatlara son qoymasalar tam qanuni əsaslarla öz uyğun bildiyimiz addımı atacağıq. Bu gün də məhz həmin o addımlar atılmaqdadır.
İnsanlarımız tələsik addımlar atılmasını gözləyir. Amma prezidentimiz dəfələrlə söyləyib ki, nəyi nə zaman edəcəyini o bilir. Çünki indi mürəkkəb geosiyasi dövr yaşayırıq. Yəqin ki, məqamı gözləmək lazımdır. Fərrux kəndi ilə bağlı atılan addım çox mühüm addımdır, ona görə ki, hazırda azad olunan ərazilərdə geniş quruculuq işləri gedir. Onun təhlükəsizliyini təmin etmək lazımdır. Əks halda separatçılar bizim mövqeləri atəşə tuta bilərlər. Qarabağın dağlıq hissəsindəki separatçılardan sığortalanmaq üçün bu yüksəklikləri ələ keçirmək lazım idi. Ona görə də bu addımı atdıq. Eyni zamanda bu əməliyyatla Əsgəran və ətraf ərazilər vizual nəzarətə götürülüb. Bu da Qarabağdakı separatçılara bir ismarışdır. Əgər onlar silahı yerə qoymasalar, məhv olacaqlar. Həmin yüksəkliklərdən onları asanlıqla məhv eləmək mümkündür.
Artıq olduqca strateji əhəmiyyətə malik olan Farrux kəndi bizdədir. Fərrux zəfəri 44 günlük müharibədən sonra növbəti tarixi, strateji bir qələbədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz öz üzərinə düşən bütün vəzifələri Vətən müharibəsindən sonra da uğur və əzmlə icra edir. Eyni zamanda dövlətimizin düzgün strategiyası, səbr və təmkinlə bütün məsələlər həll olunur.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter