• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qələbənin təməlində duran uğurlu hərbi strategiya

  • 19.03.2021, 20:04, Baxış sayı:
  • 348
Qələbənin təməlində duran uğurlu hərbi strategiya
Bu gün ölkəmizin qarşısında dayanan ən başlıca vəzifə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsidir. Dövlətimiz bu istiqamətdə sistmeli tədbirlər keçirməkdədir. Görülən işlər cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı ardıcıl olaraq həmin bölgələrə səfər edərək görülmüş işlərlə birbaşa tanış olur. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət daşıyır.
Səfər zamanı dövlətimizin başçısı quruculuq işləri ilə bağlı yeni layihələrin təməlini atdı, həmçinin görülən və görüləcək işlərlə bağlı tapşırıqlarını verib. Eyni zamanda, cənab Prezident Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı və qeyd etdi ki, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Hadrutun azad edilməsi ilə Şuşanın da azad edilməsi üçün yeni imkan yarandı və rəşadətli ordumuz məhz bu istiqamətdə Şuşaya doğru irəlilədi. Məhz uğurlu hərbi strategiya qələbəmizin təməlində dayanır.
30 ilə yaxın müddət ərzində ermənilər bu torpaqları tamamilə dağıdıb. Bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Amma ermənilərdən fərqli olaraq ordumuz mülki insanları qətlə yetirməyib, yaşayış məntəqələrini dağıtmayıb, humanizm prinsiplərindən yanaşıb. Hadrut qəsəbəsinin timsalında da bunu görmək olar. Bu, bizim bir xalq olaraq mənəvi kodeksimizdir. Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan tərəfi isə azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçiblər. Biz bu qanlı cinayətlərə 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə isə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə şahid olmuşuq. Azyaşlı uşaqları, qadınları, qocaları qətlə yetirmək təcavüzkar Ermənistan üçün əsas məqsədlərdən biri olub.
Cənab Prezidentin Şuşaya növbəti səfəri də əlamətdar oldu: “Belə ki, bu səfərin xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə baş tutmasının böyük əhimiyyəti var. Bu tarixi bir hadisədir. Çünki biz 28 il idi ki, Novruz bayramını qeyd edəndə həmişə arzu edirdik ki, növbəti il bayramı Qarabağda, Şuşada qeyd edək. Biz bu arzumuza çatmışıq. İlaxir çərşənbədə Şuşada bayram tonqalı yandırıldı. Eyni zamanda, səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulması, məscidlərimizin bərpası bizi xalq olaraq çox qürurlandırır. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq”.


Vaqif Abasov,
Sabirabad rayonu Moranlı kəndi, fermer,
2-ci dərəcəli “Əmək” ordenli
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter