Şəhidin xatirəsi anılıb
- 04.03.2022, 21:12, Baxış sayı:
- 355
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunun Ətcələr kəndində Vətən müharibəsi şəhidi Əkbərov Rahil Canəhməd oğlunun doğum günü uyuduğu qəbirstanlıqda ehtiramla yad edilib.
Anım mərasiminə gələn Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və digər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin dostları və ailə üzvləri Rahil Əkbərovun məzarı üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra şəhidin şərəfinə ucaldılmış abidə kompleksinin önündə anım tədbiri keçrilmişdir.
Mərasimdə çıxış edənlər vətənpərvər, el-obaya bağlı olan şəhidin həyat tarixçəsindən xatirələr söyləyib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Rahilin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıblar.
Şəhidin valideynləri, şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, mərasimə gələnlərə təşəkkür ediblər.
Sonda məktəblilər şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləyiblər.