Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
- 12.11.2020, 18:30, Baxış sayı:
- 500
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Əziz həmvətənlər!
Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!".