“Qardaşıma sonsuz minnətdaram” - Sevil Əliyeva
- 08.11.2020, 17:29, Baxış sayı:
- 517
Facebook
Вконтакте
Одноклассники
Google+
“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”.
“Muğanın səsi” xəbər verir ki, bunu haqqın.az-a Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib.
Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib:
“İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. Bu gün bizim valideynlərimiz- Zərifə və Heydər Əliyevlərin toy günüdür.
Və mən qardaşım, Prezident İlham Əliyevə sonsuz minnətdaram ki, bu müqəddəs günü bizim üçün belə bir möhtəşəm hadisəylə - Şuşanın azad edilməsi ilə qeyd etdi.
Hamımızı təbrik edirəm!”